Dünya

Benqazidə qarşıdurma: 16 ölü

22 İyul 2014 10:19
0 Şərh     Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Liviyada "Ensaruş Şəriyə" qruplaşma üzvləri ilə yaranan qarşıdurmada 16 nəfər ölüb

Liviyanın paytaxtı Benqazi şəhərində "Ensaruş Şəriyə" təşkilatına bağlı qüvvələr ilə ordunun "Saika" (İldırım) birliyi arasında yenidən baş vermiş qarşıdurmada ölənlərin sayının 16-ya çatdığı, 86 adamın isə yaralandığı bildirilir.

Anspress-in məlumatına görə, Liviya Səhiyyə Nazirliyindən adını vermək istəməyən bir rəsmi Benqazinin 100 kilometr şərqindəki əl-MERCK xəstəxanasına indiyə qədər 8 cəsəd ilə 55 yaralı, Benqazi xəstəxanasına 8 cəsəd ilə 10 yaralı və paytaxtın cənub-şərqindəki əl-Əbyari kənd xəstəxanasına isə 21 yaralının gətirildiyini qeyd edir.

Xəstəxana qaynaqlarından verilən xəbərə görə, "Ensaruş Şəriyə" təşkilatına bağlı qüvvələrin Benqazidə bir hərbi posta basqın etməsi üzərinə çıxan qarşıdurmada 5 adamın öldüyü, 30 adamın yaralandığı və bununla da şəhərdə qarşıdurmaların sona çatdığı bildirilir.

Qeyd edək ki, Liviyada Müammər Qəddafinin devrilməsi ilə nəticələnən 17 fevral 2011 inqilabından sonra ortaya çıxan "Ensaruş-İordan" təşkilatı ölkədə şəriət qaydalarının tətbiq olunmasını istəyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.