Dünya

Polis vəhşiliyi: 180 kiloluq adamı boğub öldürdülər - VİDEO

22 İyul 2014 10:15
0 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Polis onun yalvarışlarına əhəmiyyət verməyib

ABŞ vətəndaşlarından biri ölkəsində polis vəhşiliyinin qurbanı olub.

Anspress-in məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yaşayan 43 yaşlı Erik Qarner küçənin ortasında 5 polisin təzyiqinə məruz qalıb. 180 kiloqram çəkiyə malik olan Erikin polislər tərəfindən yaxalanma anı həvəskar kamera ilə çəkilib. O, əvvəlcə polislərə günahsız olduğunu və heç bir şey etmədiyini söyləyir. Lakin buna məhəl qoymayan polislər bir anda onun üstünə atılırlar, Eriki yerə yıxaraq boğmağa başlayırlar.

43 yaşlı Erik "nəfəs ala bilmirəm" deyə yalvarsa da, polislər ona fikir vermirlər və onun boğularaq ölməsinə səbəb olurlar.

Qeyd edək ki, 6 uşaq atası olan Erik Qarner bundan əvvəl bir neçə dəfə siqaret qaçaqmalçılığı səbəbiylə həbs olunub və yenə bu şübhəylə saxlanılmaq istəndiyi bildirilib.

Hadisə ilə əlaqədar olaraq araşdırma başladılıb, günahkar olduğu sübut edilən polislərdən biri ilə bağlı ciddi tədbir görüləcəyi açıqlanıb.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.