Dünya

Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru həbs edildi - YENİLƏNİB - FOTO

17 İyul 2014 19:53
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:53

Moskvanın Basman Rayon Məhkəməsi erməni lobbisinin ən məşhur nümayəndələrindən olan Levon Ayrapetyan barəsində həbs qətimkan tədbiri seçib.

APA xəbər verir ki, bu gün məhkəmə istintaq tərəfinin vəsatətini təmin edərək L.Ayrapetyan barəsində sentyabrın 15-dək həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, L. Ayrapetyan iyulun 15-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən Monakodan Moskvaya gələrkən "Domodedovo" aeroportunda saxlanılıb. O, çirkli pulların yuyulmasında və məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunur.

L. Ayrapetyanın saxlanılması "Kinqiseppskaya" cinayətkar qruplaşması ilə bağlı aparılan istintaq çərçivəsində baş tutub. Onun adını isə müstəntiqlərə hazırda ömürlük həbs cəzası çəkən sabiq senator İqor İzmestyev bildirib.

Onu da qeyd edək ki, L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

O, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru kimi də tanınır.

-----------
17:32

Ermənistanı maliyyələşdirən diaspor nümayəndələrindən biri barədə Moskvada həbs qərarı verilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Basman məhkəməsi erməni iş adamı Levon Ayrapetyanın həbsi ilə bağlı qərar çıxarıb. O, kriminal yolla əldə edilmiş pulların yuyulmasında ittiham edilir.

Bundan əvvəl yayılan məlumatda deyilirdi ki, Ayrapetyan Domodedovo hava limanında polis tərəfindən saxlanılıb.

Bundan əlavə Moskvanın Basman rayon Məhkəməsi "Başneft" şirkətinin aktivlərinin də həbs edilməsi barədə qərar çıxarıb.

Milli.Az

-----------
19:53

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.