Dünya

Barak Obamadan Qəzza açıqlaması

17 İyul 2014 09:58
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Barak Obama İsrail ilə Qəzza arasındakı gərginliklə bağlı şərhlər verib

ABŞ prezidenti Barak Obama "Biz atəşkəs razılığına doğru səyləri dəstəkləmək üçün bütün diplomatik güc və əlaqələrimizdən istifadə edəcəyik" dedi.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Ağ Evdə xarici siyasətdən danışan Obama Qəzzadakı vəziyyətə də toxundu. Obama "İsrail və Həmas arasındakı şiddəti sona çatdırmağa istiqamətli diplomatik səyləri dəstəkləməyə davam edirik. Dəfələrlə dediyim kimi İsrailin İsrail xalqını qorxudan raket hücumlarına qarşı özünü müdafiə etmə haqqı var. Dünyadakı heç bir ölkənin hər gün raket atışları altında yaşaması gözlənilə bilməz. Amerikalıların istehsalı olan və İsrailə hədiyyə etdiyi "Dəmir Qübbə" sisteminin çox sayda İsraillinin həyatını qurtarmasından dolayı qürur duydum. Ancaq son iki həftə içində, şiddətdən, xüsusilə də Qəzzada iki atəş arasında qalan kişi, qadın və uşaq, çox sayda günahsız vətəndaşın ölümü və yaralanması ilə hamımızın ürəyi qırıqdır" dedi.

Obama məhz elə bu səbəbdən də bir atəşkəsə ehtiyac olduğunu bildirərək ''Atəşkəs istiqamətli səyləri dəstəkləyəcəyik'' dedi.

Obama İsrailin Misirin atəşkəs təklifini qəbul etdiyini xatırladaraq "Təəssüf ki, Həmas vətəndaşlara raket atmağa davam etdi və bu səbəbdən də qarşıdurmanı uzatdı. Ancaq İsrail və Fələstin xalqları bu şəkildə yaşamaq istəmir. Sülh və təhlükəsizlik içində, qorxudan uzaq şəkildə yaşamaq onlarında haqqıdır" deyə bildirdi.

Qeyd edək ki, İsrail ordusunun son istiqamətli hava bombardımanı nəticəsində Qəzzada ölü sayı 223-ə çatıb. Son məlumatlara əsasən, BMT-nin Fələstinə humanitar yardım göndərməsi üçün Həmas və İsrail ordusu saat 10-15 arası 5 saatlıq atəşkəsdə razılığa gəliblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.