Dünya

"Öldürülmüş" İŞİD lideri ortaya çıxdı

5 İyul 2014 21:57
0 Şərh     Baxış: 1 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ onun başına 10 milyon dollar mükafat qoyub

"İraq və Şam İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasının lideri Əbubəkr əl Bağdadinin çıxış etciyi video yayılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bu günə qədər üzünü gizlədən Əbubəkr əl Bağdadi özünü xəlifə elan etdikdən sonra ilk dəfə ortaya çıxıb. 21 dəqiqə davam edən videoda o, bütün müsəlmanlardan özünə beyət etmələrini istəyib.

Çəkilişin Mosulda bir məsciddə aparıldığı bildirilir. Bağdadi cümə xütbəsi verərək namaz qıldırıb.

İndiyə kimi Bağdadiinin iki fotoşəkli var idi. Onların biri Amerika Federal Təhqiqat Bürosuna, ikincisi isə İraq Daxili İşlər Nazirliyinə aiddir. Bağdadi ABŞ-ın ən çox axtardığı beş adamdan biridir və başına 10 milyon dollar mükafat qoyulub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.