Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erməni kəşfiyyatçıdan manyakal terror hədəsi
5 İyul 2014 18:04
3 Şərh
Baxış: 1 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənistan öz qonşuları Türkiyə və Azərbaycana qarşı "mina müharibəsi"nə başlamalıdır". Anspress-in məlumatına görə, bu sözləri özlərini dünya ictimaiyyətinə əzilmiş, hüquqları tapdalanmış xalq kimi təqdim etməyə çalışan ermənilərin Vova Vardanyan adlı kəşfiyyatçısı deyib. Bu erməni kəşfiyyatçı Türkiyə və Azərbaycana qarşı mübarizə aparmaq üçün sərhəd zonasına minalar basdırılmasını təklif edib. "Türk çobanlar çox zaman heyvan sürülərini qaytarmaq üçün bizim ərazilərimizə keçirlər. Qoy onların heyvanları, çobanları minaya düşərək partlasınlar. Yalnız bu cür üsulla qonşularımızın aqressiyasının qarşısını ala bilərik".
Bundan sonra kəşfiyyatçı bir az da irəli gedərək Azərbaycana qarşı hücuma keçməyin vacibliyindən danışıb. O, bildirib ki, indi Naxçıvanla sərhəd zonası yeni gərginlik ocağına çevrilib. "Ermənistan müdafiə olunmaqdansa hücum mövqeyi tutmalıdır". İmkan düşən bütün beynəlxalq tribunalarda Azərbaycan və Türkiyənin ermənilərə qarşı dözümsüzlük nümayiş etdirdiyini iddia edən erməniləri elə öz kəşfiyyatçıları ifşa edib. O, Türkiyə və Azərbaycanı Ermənistanın əbədi düşməni elan edib. "Ankara ilə İrəvan, eləcə də Bakı ilə İrəvan arasında dostluq mümkün deyil. Türklər və azərbaycanlılar bizim daimi düşmənimizdir. Onlar daim aqressor olaraq qalacaqlar. Əgər biz passivlik nümayiş etdirsək, sərhəd zonasında yaşayan əkinçilərimiz sahəyə əllərində silah, qarşı tərəfdən açılan atəşdən gizlənməklə çıxacaqlar".
Erməni kəşfiyyatçının bundan sonra dedikləri isə şok effekti doğurur. O, Ermənistanın böyük bir təxribatçı ordusunun formalaşdırılmalı olduğunu deyib. "Biz çalışmalıyıq ki, Türk ordusunu İstanbuladək dalana dirəyək". Bəli, erməni kəşfiyyatçının bu sözləru yaralı çaqqalın hərəkətinə oxşayır. Bu vəhşi heyvan da həmişə yaralı olanda ətrafa daha çox ziyan vurmağa çalışır.
Ancaq xəbərdə digər bir məqam diqqəti cəlb edir. Hansısa Vova Vardanyan adlı erməni kəşfiyyatçı Ermənistan-Türkiyə sərhədlərinin açılması xəbərləri yayıldıqdan bir gün sonra mətbuat konfransı təşkil edərək iki qonşu ölkəyə qarşı açıq terror hədəsi ilə çıxış edir. Sözsüz ki, bu çıxışın sifarişçiləri Ermənistanın Türkiyə və Azərbaycana qarşı istənilən güzəştin əleyhdarlarıdır.
Erməni rəsmilərin bu terror hədələrinə nəcə reaksiya göstərəcəkləri maraq doğurur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
Yermak azadlığa buraxıldı
-
Nərimanın baş məşqçisi istefaya göndərildi
-
ABŞ-nin dövlət borcu 450 milyard dollar artıb
-
Çində güclü zəlzələ: Ölənlər və dağıntılar var
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır