Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukraynanın Slavyansk şəhəri separatçılardan azad edildi - YENİLƏNİB
5 İyul 2014 13:10
1 Şərh
Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
13:10
Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqindəki strateji əhəmiyyətli Slavyansk şəhərinin separatçı-terrorçu qruplaşmalardan azad edilməsi ilə bağlı açıqlama verib. APA-nın xəbərinə görə, Ukrayna prezidentinin "Facebook" səhifəsində yerləşdirilən açıqlamada deyilir:
"Silahlı Qüvvələrin Baş Qərargah rəisi Viktor Mujenko mənə xəbər verdi ki, bu gecə silahlılar Slavyanskdan çıxmağa cəhd göstərib və Ukrayna hərbçilərinin atəşi altında qalıblar. Nəticədə silahlılara məxsus 1 tank, 2 "BMP" və 2 "BMD" vurulub. Hazırda Slavyanskda Silahlı Qüvvələrin və Milli Qvardiyanın kəşfiyyatı çalışır. Yerli sakinlər silahları gətirib bizim hərbçilərə təhvil verirlər. Mənim elan etdiyim sülh planı çərçivəsindəki tərksilah elə bu deməkdir. Baş Qərargah rəisinə tapşırıq verdim ki, Slavyansk üzərində Ukraynanın Dövlət Bayrağını qaldırsın".
-----------
12:57
Ukraynanın şərqində son aylar separatçı-terrorçu qruplaşmaların əsas dayaq nöqtəsinə çevrilmiş və "alınmaz qala" adlandırılan Donetsk vilayətinin Slayvansk şəhəri nəhayət ki, azad edilib.
APA-nın xəbərinə görə, bu gün səhər yerli sakinlər sosial şəbəkələrdə bu haqda xəbərlər paylaşıblar.
Ukrayna ordusunun Slavyansk ətrafındakı bütün strateji nöqtələri ələ keçirməsi və son olaraq şəhərə bitişik Nikolayevka qəsəbəsini ağır döyüşlərdən sonra azad etməsindən sonra separatçılar və Rusiyadan gəlmiş muzdlular Slavyansk şəhərini tərk etməyə qərar veriblər. Onlar iyulun 5-nə keçən gecə Slavyanskdan çıxaraq Kramatorsk şəhəri istiqamətində Ukrayna ordusu və Milli Qvardiyasının mühasirəsini yarıblar. Bu zaman Ukrayna artilleriyası və aviasiyası onlara zərbələr endirib.
Donetskdə fəaliyyət göstərən "OstroV" saytının baş redaktoru Sergey Qarmaş "Twitter" səhifəsində bütün silahlıların Slavyansk şəhərini tərk etdiyini yazıb: "Blok-postlar boşdur. Şəhər milis idarəsi boşdur. Bütün girovlar qaçıb".
Şahidlərin sözlərinə görə, terrorçuların ələ keçirdiyi milis idarəsində saxlanılan girovlar gecə hər hansı mühafizənin olmadığını görüblər, lakin qorxduqları üçün səhərə qədər gözləməyə qərar veriblər. Səhər açılan kimi isə qaçıblar.
Slavyansk sakini Pyotr Dudnik də əvvəl silahlı separatçıların qaldığı kilsənin boş olduğunu yazıb: "Bizim kilsədə hərbi formada bir nəfər də qalmayıb".
Ukraynanın daxili işlər naziri Arsen Avakov da son durumla bağlı açıqlama verib. O bildirib ki, Slavyanskdakı silahlıların lideri, "Donetsk Xalq Respublikası"nın "müdafiə naziri", Rusiya vətəndaşı, "Strelkov" ləqəbli İqor Qirkin qaçıb: "Səhər kəşfiyyat məlumat verdi ki, Qirkin və silahlıların böyük hissəsi Slavyanskdan qaçıblar. Onlar Qorlovka istiqamətində hərəkət edirlər və yol boyu onları bizim qüvvələrimiz "qarşılayır". Terrorçular itki verir və təslim olurlar".
Qeyd edək ki, 120 min nəfər əhalisi olan Slavyansk şəhəri Ukraynanın şərqində separatçıların ələ keçirdiyi ilk şəhərlərdən biri olub. Şəhər aprelin 12-dən bəri separatçıların nəzarətində idi və hətta "ikinci Stalinqrad" adlandırılırdı.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
Yermak azadlığa buraxıldı
-
Nərimanın baş məşqçisi istefaya göndərildi
-
ABŞ-nin dövlət borcu 450 milyard dollar artıb
-
Çində güclü zəlzələ: Ölənlər və dağıntılar var
XƏBƏR LENTİ
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı
-
İlham Əliyev: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır