Dünya

İran Sərhəd Qoşunlarına yeni komandan təyin olunub

5 İyul 2014 13:16
0 Şərh     Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran İslam Respublikası Sərhəd Qoşunlarına yeni komandan təyin olunub

Trend-in "Mehr" agentliyinə istinadən məlumata görə, bundan sonra bu vəzifədə general Qasim Rezayi çalışacaq.

O bu vəzifədə general-leytenant Hüseyn Zülfüqarini əvəz edəcək.

Qeyd edək ki, İran Sərhəd Qoşunlarının sabiq komandanı H.Zülfüqari ötən həftə ölkənin daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini təyin olunub.

Q.Rezayi bundan öncə də 2009-cu ilədək İran Sərhəd Qoşunlarının komandanı vəzifəsində çalışıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.