Dünya

İranda zəlzələ olub

5 İyul 2014 09:52
1 Şərh     Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın Fars əyalətinin Darab şəhərində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla bu gün saat 07:41-da baş verib.

Məlumata əsasən, hələlik ölən və yaralananlar və dəymiş ziyan barədə məlumat yoxdur.
Qeyd edək ki, iyun ayının 21-də də İranın Fars əyalətinin Baba Monir şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində Baba Monir şəhərində evlərə ziyan dəymişdi və bəzi evlər dağılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.