Dünya

Ukrayna ordusu Kramatorsk şəhərinə daxil oldu

5 İyul 2014 21:37
0 Şərh     Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ölkənin şərqində antiterror əməliyyatı həyata keçirən Ukrayna ordusu Kramatorsk şəhərinə daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə Şurası məlumat mərkəzinin nümayəndəsi Andrey Lısenko bəyan edib.

"Hazırda Kramatorskda kəşfiyyatçılar və istehkamçılar inzibati və yaşayış binalarını yoxlayırlar" - deyə A. Lısenko bildirib.

Onun sözlərinə görə, yerli əhali hərbçilərə fəal şəkildə yardım göstərir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.