Dünya

Osmanlı sultanının videogörüntüləri tapıldı - VİDEO

18 Aprel 2014 14:33
0 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Videogörüntülər Vəhdəddin Avstriya-Macarıstan imperatoru Frans İosifin cənazə mərasimində iştirak edərkən çəkilib

Osmanlı imperatorluğunun sonuncu padşahı sultan Vəhdəddinə aid tarixi videogörüntülər tapılıb. Anspress-in xəbərinə görə, görüntülər Avstriya arxivlərində aşkarlanıb.

Məlumata görə, videogörüntülər, şahzadəlik dövründə olan Vəhdəddin Avstriya-Macarıstan imperatoru Frans İosifin cənazə mərasimində iştirak edərkən çəkilib.

Sultana aid görüntülər Antalya şəhərinin Kəpəz rayonunda keçirilən tədbirdə nümayiş olunub.

Görüntüləri Avstriyadan gətirən yazıçı Bekir Bülent Özsoy bu videonu 1980-ci ildə Avstriya dövlət arxivində aşkarladığını bildirib. 1987-ci ildən bu videonun əlində olduğunu deyən Özsoy, başqa bir kadrın axtarışı vaxtı 9-10 saat videoya baxdıqdan sonra sultan Vəhdəddinə aid görüntüləri təsadüfən tapdığını deyib.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.