Dünya

Türkiyədə etiraz aksiyaları: 17 nəfər tutuldu

7 Aprel 2014 12:07
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin şərqində yerləşən Ağrı vilayətində kütləvi etiraz aksiyaları zamanı 17 nəfər saxlanılıb

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Sabah" qəzeti xəbər yayıb.

Etiraz aksiyaları Türkiyə MSK-nın vilayətdə bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsindən sonra başlayıb.

Ağrı vilayətində bələdiyyə seçkiləri zamanı kürdyönümlü Sülh və Demokratiya Partiyası (BDP) qalib gəlib. Aksiyalar bu partiyanın tərəfdarları tərəfindən keçirilib. Seçkilərin nəticələrinin ləğv edilməsinə səbəb hakim və müxalifət partiyalarının nümayəndələrindən daxil olan şikayətlər olub. Şikayətlərin səbəbləri ilə bağlı ətraflı məlumat verilmir.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.