Dünya

50 milyon dollarlıq brilliant müəmmalı şəkildə yoxa çıxdı

31 Mart 2014 16:18
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cenevrədə dəyəri 50 milyon dollar olan çəhrayı brilliantın müəmmalı şəkildə itməsini araşdırırlar

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50,66 karatlıq qiymətli daş "Malca-Amit" şirkətinin saxlancından itib. Şirkət qiymətli əşyaların saxlanması xidməti göstərir. İndi brilliantın Silla Musa adlı sahibi onun itməsində şirkət rəhbərliyini günahlandırır.

Xatırladaq ki, o, daşı mühafizə olunması üçün 2007-ci ildə şirkətə verib.

Ötən ilin avqustunda S.Musa brilliantı saxlancda yoxlamaq qərarına gəlir. Onun sözlərinə görə, lakin şirkətin əməkdaşları qiymətli daşın hansısa iş adamına verildiyini bildiriblər.

Öz tərəfindən "Malca-Amit" şirkətinin rəhbərliyi daşın sahibinin onu hələ 2008-ci ildə götürdüyünü və bunu sübut etmək üçün şirkətin sənədlərə malik olduğunu bildirib.

Polis artıq "Malca-Amit"in Cenevrə şöbəsində axtarış aparıb və hazırda saxlancın üç əməkdaşı barəsində təhqiqat aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.