Dünya

Rəcəb Tayyip Ərdoğan: "Sabahdan ölkədən qaçanlar ola bilər" - YENİLƏNİB - VİDEO

31 Mart 2014 10:05
0 Şərh     Baxış: 1 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:05

AKP lideri, Türkiyənin baş naziri R.T.Ərdoğan seçkilərin nəticələri tam açıqlanmamış olsa da, partiyasının mərkəzi ofisinin bolkonundan xalqa xitab edib.

Milli.Az Musavat.com-a istinadən həmin çıxışı canlı olaraq təqdim edir.

Burada maraqlı detal budur ki, baş nazirin yanında rüşvət əməliyyatının hədəfi olan oğlu Bilal da dayanıb.

Ərdoğan çıxışına dünyanın hər yerindən AKP üçün dəstək və dua edənlərə təşəkkürlə başladı. Daha sonra müxalifətə və "paralel yapı" dediyi Fətullah Gülən camaatına kəskin şəkildə tənqidlər yağdırdı. Ərdoğan: "Millət bu gün sandıqda Türkiyəyə və dünyaya mesaj verdi", - deyərək, qalib kimi çıxışını davam etdirib. O deyib ki, "biz Pensilvaniya və buradakı xain uzantılarına bu vətəni təslim etməyəcəyik, biz bu vətəni küçədən tapmadıq".

Baş nazir Gülən camaatını dövlət sirlərini xarici ölkələrə təqdim etməkdə suçlayıb. "Bunlar Haşhaşiləri də keçdi" deyən Ərdoğan siyasi rəqiblərindən daha çox F. Gülənə diqqət ayırıb. Bu da onu göstərir ki, deyilənlər doğrudur, seçkidən dərhal sonra "Camaat"a qarşı amansız hücumlar başlayacaq.

"Bu gün kaset siyasəti uduzmuşdur, millət bunlara gerçək Osmanlı tokatı çəkmişdir" deyən baş nazir siyasi müxalifəti də qınayıb. Ərdoğan deyib ki, "sandıqda bu gün demokratiya, milli iradə qazandı... Kimin nə məsələsi varsa, sandıqda çözüm yolu axtarmalıdır".

Ərdoğan deyib ki, biz partiyamıza səs verməyən vətəndaşın da təpkisini və mesajını anladıq. Bunun üzərində də düşünəcəyik. Lakin yaxşı olar ki, müxalifət də bu barədə düşünsün, sandıqda verilən mesajı doğru anlasın. Ərdoğan siyasi müxalifəti Pensilvaniyadan gələn təxribatlara uymaqda suçladı.

Türkiyənin baş naziri "əski Türkiyə yoxdur, indi Yeni Türkiyə vardır. Bu Yeni Türkiyənin yeni müxalifətə ehtiyacı vardır. Sadəcə iqtidar partiyasının Türkiyəni qucaqlamağa imkanı yoxdur. Bunu müxalifətlə birgə etməliyik. ... Müxalifət partiyalarının yönəticiləri bu axşam aynaya baxmalı, hərəkətlərinə çəki-düzən verməlidirlər. Onlar AK partinin biləyini tək bükə bilmədilər, kollektiv çalışdılar"...

Ərdoğanın "Millət istiqlalına uzanan əlləri sandığa gömmüşdür" sözü AKP binası qarşısına toplanan onminlərlə vətəndaş tərəfindən coşqu və alqışlarla qarşılanıb.
"Bayrağına sahib çxan əziz milətimə təşəkkür edirəm... Biz əzəldən gələn, əbədiyə gedən bir davanın sadəcə xidmətçiləriyik... Sabah biz olmayacağıq, amma bu dava olacaq... "

Baş nazir gözlənən mesajı da verib: "İçimizə sızan şəbəkəni təmizləmə zamanı gəldi, biz bunu hüquq çərçivəsində edəcəyik. Dövlətin içində dövlət olmaz..."

Ərdoan deyib: "Bu gün kimsə üzülməsin. 77 milyon bilsin ki, bu gün Yeni Türkiyə qazanıb, bu gün Yeni Türkiyənin zəfər günüdür. Bu gün 2023 hədəfləri qazanıb. Qardaşlıq, çözüm qazanıb. Bu gün 77 milyonun içərisində 1 nəfər də uduzmayıb. Çünki bu gün kimsəyə ayrım yapmayan bir xidmətkar ekip seçkini qazanıb ".

Ərdoğan çıxışının yekununda bir daha ona və partiyasına dəstək verən, onlar üçün dua edən hər kəsə təşəkkür edib. Təşəkkür sıralamasında AKP heyətinə də xüsusi yer ayrılıb.

"Türkiyə əyilməz, millət yenilməz" şüarı ilə çıxışını bitirən baş nazir sonra "Bərəbar yürüdük biz bu yollarda" şeirini toplananlarla birgə oxudu. Saat 3.22-də (Bakı vaxtı) onun çıxışı bitdi. Dərhal sonra isə T. Ərdoğana bəslənən mahnı efirlərə verildi.

Həmin anda AKP-nin ümumi göstəricisi 65 faiz açılan sandıqlardakı nəticələrə görə 44.6 faiz idi.

----------
09:13

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyədə bələdiyyə seçkilərində AKP-nin qələbəsinə görə seçicilərə təşəkkür etdi. Bu barədə Trend Türkiyənin Anadolu Agentliyinə istinadən məlumat verir.

"Siz yeni Türkiyəni istiqlal mücadiləsinə sahib çıxdız, sizlərə təşəkkür edirəm. Siyasətə, baş nazirinizə sahib çıxdınız, təşəkkür edirəm", - Ərdoğan deyib.
Onun sözlərinə görə, bu gün 77 milyonluq Türkiyənin zəfər günüdür.

X X X

"Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimizi necə təhdid edərlər?"

Türkiyənin baş naziri, hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Rəcəb Tayyip Ərdoğan partiyasının bələdiyyə seçkilərində qalib gəlməsi münasibətilə məşhur "balkon çıxışı"nı edib.
 
APA-nın xəbərinə görə, R.T. Ərdoğan "balkon çıxışı"ndan öncə partiyadaşları və ailə üzvləri, xanımı Əminə Ərdoğan, oğlu Bilal Ərdoğan və qızları ilə birlikdə mitinqə toplaşanları salamlayıb.
 
O, çıxışına "77 milyon Türkiyə vətəndaşını bir daha məhəbbətlə qucaqalayıb, salamlayıram" deyə başlayıb.
 
Ərdoğan partiyasının qələbəsini: "Siz öz iradənizə, demokratiyaya, partiyanıza, baş nazirinizə sahib çıxdınız. Buna görə Sizə təşəkkür edirəm", - deyə ifadə edib.
 
Baş nazir daha sonra "Hizmət" Hərəkatına və müxalifət partiyalarına sərt ittihamlar səsləndirib: "Bu gün bu millət Türkiyəyə və dünyaya bir mesaj verdi. "Biz buradayıq, bu ölkənin sahibiyik, millət əyilməz, Türkiyə əyilməz" deyə bildi.  Biz Türkiyə Cümhuriyyətini küçədən tapmadıq. Ona görə də bu ölkəni Pensilvaniyaya və onun buradakı xain uzantılarına təslim etmərik".
 
Ərdoğan bildirib ki, o, Hizmət Hərəkatının üzvlərinin bəziləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimi necə təhdid edərlər?"
 
Ərdoğan "nurçular"ı "Haşhaşilər"ə bənzədib: "Suriya bu gün bizimlə müharibə vəziyyətindədir. Bu xainlər Suriya ilə bağlı danışıqları dinləyib dünyaya yayıblar. Bunlar bu hərəkətləri ilə Haşhaşilərə rəhmət oxutdurdular".
 
Baş nazir qeyd edib ki, dünənki seçkinin nəticələri "millətin siyasətdən kənar yolla Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazını göstərdi": " Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu müəyyən etdi. Bu gün əxlaqdan kənar, kaset, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xainlik edənlər tam bir Osmanlı şilləsi yedilər".  
 
Ərdoğan yenə də Fətullah Güləni dəstəkləyən medianı və iş adamlarını hədəfə alıb: "Nə oldu? Millət seçki qutusunda münasibətini göstərdi, biz buradayıq. Siz indi haradasınız?"
 
Baş nazir daha sonra müxalifətə çağırış edib: "Biz nəticələri analiz edəcəyik. Bu faizlərimizin daha yüksək olmamasının səbəbini müzakirə edəcəyik. Bizə səs verənlərlə yanaşı, səsini ala bilmədiyimiz vətəndaşlarımızın da hisslərini dəyərləndirəcəyik. Hər kəs seçki qutusundan çıxan mesajı doğru oxumalıdır".
 
Ərdoğanın Türkiyəyə yeni müxalifət lazım olduğunu da bildirib: "Gəlin yeni səhifə açaq. Türkiyə sevdası hər şeyin üzərində olsun.  Türkiyə qazanacaqsa, biz uduzmağa hazırıq".
 
Lakin bu çağırışdan sonra Ərdoğan yenə də Fətullah Gülənin tərəfdarlarının və müxalifətin ünvanına sərt ittihamlar səsləndirib: "Bu gün Türkiyə düşmənlərinin maşaları, millətin öz içindən çıxıb ona xəyanət edənlər xəyal qırıqlığına uğradılar.  Millət istiqrarına uzanan əlləri seçki qutusunda dəfn etdi. Sinsi planları, əxlaqsız tələləri pozdu, hiylələr üzərində qələbə çaldı. 30-40 il içində dövlət içinə sızanlarla hüquq dilində danışmağın vaxtı gəlib. Çünki bu cür şəbəkələri nə millət, nə də biz qəbul edə bilərik".
 
Ərdoğan çıxışını "bu gün yeni Türkiyənin şadlıq günü, qələbə günü" deyərək bitirib.
 
Milli.Az

-----------
10:05

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.