Sevgililər Günündə gül satan azərbaycanlılar saxlanıldı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sevgililər Günündə "Sevgi mələyi" roluna girən 25 yaşlı Aleksandr Moskvanın məhşur Arbat küçəsində dolaşan cütlükləri qucağlaşmağa çağırır.Ruslar üçün Sevgililər Günü Avropadan idxal edilmiş bir bayram olsa da, xalq arasında bu günü qeyd edənlərin sayı ildən-ilə çoxalır
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, ruslar üçün Sevgililər Günü Avropadan idxal edilmiş bir bayram olsa da, xalq arasında bu günü qeyd edənlərin sayı ildən-ilə çoxalır.
Yuriy Levada mərkəzinin direktor müavini Aleksey Levinson: "Apardığımız araşdırmalar nəticəsində 18 yaşdan yuxarı vətəndaşların 48 %-nin aşiq olduğunu müəyyən etmişik. Onların 70 %-i isə gənclərdir. İlk məhəbbətlərin isə sadəcə beşdə biri evliliklə nəticələnir".
Sevgililər Günündə hədiyyəyə ortalama 198 dollar pul xərcləyərək liderlik edən fransızlardan fərqli olaraq ruslar hədiyyə üçün daha az, orta hesabla 73 dollar pul xərcləyirlər. Bu günün başlıca atributu isə, əlbəttə, çiçəkdir.
Moskva sakini Olqa Buyanova: "Bu gün tanımadığım bir adam mənə gül hədiyyə etdi. Çox sevindim. Sevgililər Gününün bayram olduğunu ilk dəfə bu gün hiss etdim".
Rusiyada Sevgililər Gününün milli bayram olub-olmadığı kimi mübahisələrə də yol açan 14 fevraldan ən çox faydalanan isə, əlbəttə ki, çiçək ticarəti ilə məşğul olanlarlardır. Aralarında həmyerlilərimizin çoxluq təşkil etdiyi çiçək satıcıları bugünkü alverdən razıdırlar.
Satıcı Pərviz Behbudov: "Bu gün işlərimiz çox yaxşı gedir. İl boyu qazana bilmədiyimizi belə günlərdə qazanırıq. Necə deyərlər, bizim əsas ticarətimiz bayramdan bayramadır".
Həmyerlilərimizin çiçək satışı kefini pozan isə yenə Moskva polisi oldu. Qanunsuz miqrant reydi nəticəsində çox sayda çiçək satıcısı saxlanıldı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
XƏBƏR LENTİ
-
"Maaşımı verməsəniz, gedirəm!"
-
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
-
Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Dənizdə batan şəxs müstəntiq işləyirmiş
-
Temperatur 40 dərəcə qalxacaq - Proqnoz
-
Ermənistan güləşçiləri Bakıya gəldi
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq
-
"Bayer" yeni transferini etdi
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti





