Dünya

Amerika tarixinin ən böyük seks qalmaqalı haqqında yeni faktlar ortaya çıxdı

2 Avqust 2013 18:38
0 Şərh     Baxış: 3 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
16 il əvvəl ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olmuş seks qalmaqalı ilə bağlı yeni maraqlı məqamlar ortaya çıxıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, amerikalı juralistlərin əlinə sabiq prezident Bill Klintonla sevgilisi Monika Levinski arasında olan söhbətin səs yazısı keçib.

Həmin səs 1997-ci ildə yazılıb. Ağ evdə təcrübə keçən Monika Levinski ilə o vaxtkı prezident Bill Klinton arasında yaşanan hadisələr az qala sonuncunu öz kürsüsünü itirmək təhlükəsi qarşısında qoymuşdu.

Səs yazısında Monika aşağıdakı sözləri işlədir:

"Öyrəndim ki, sabah axşam sən tək olacaqsan. Mənim iki təklifim var. Bu təkliflər sayəsində bizim görüşməməyimiz mümkün deyil... Mən sənin paltarını soyundura bilərdim və ... Qısacası, bilirəm ki, bu sənin xoşuna gəlməyə bilməz"

Danışığın digər hissəsində məlum olur ki, onlar Monikanın təklifini reallaşdırdıqdan sonra birlikdə yemək yeyiblər və kinoya baxıblar.

Monika Levinski: "Sən mənə yox deyə bilməzsən: çünki mən sevimli və heyrətamizəm! Və həm də tezliklə sən məni burada görməyəcəksən axı".

Belə mövzulu söhbət Klintonla Levinski arasında 3 dəqiqə 47 saniyə davam edib.

Danışığın sonunda Monika etiraf edib: "Mən çox inadcılam və səni görmək istəyirəm"

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.