Dünya

Bayramda kəlləmayallaq düşdü

2 Avqust 2013 17:25
0 Şərh     Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Rostov-Don şəhərində Hava-Desant Qüvvələri gününü bayram edən sabiq desantçı dostunun yanında qürrələnmək fikrinə düşüb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, 8-ci mərtəbədəki mənzilin eyvanından aşağı sallanan desantçı qüvvəsinə həddən ziyadə güvəndiyindən aşağı düşüb.

"Binanın qarşısındakı reklam konstruksiyasının üstünə düşmüş kişi kəllə-beyin travması alıb. Onun qabırğaları, ayaqları və qolları sınıb. Xəstəxanaya aparılmış sabiq desantçı reanimasiya bölməsindədir", - şəhər polis idarəsindən verilən məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.