Dünya

Ən uzun "afro" saçlı qadın: 128 santimetr - FOTO

2 Avqust 2013 15:09
4 Şərh     Baxış: 2 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saçlarının uzunluğu 128 santimetr olan bu qadın düynada "afro" stilli saçlara malik rekordçu sayıla bilər. Evin Duqasın adı artıq "Ginnnesin Rekordlar Kitabı"na düşüb.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, 37 yaşlı Evinin dediyinə görə, saçların yuyulub təmzlənməsi iki gün çəkir. Bu zaman o, 5 flakon kondisionerdən istifadə edir.

ABŞ-ın Luiziana ştatındakı Napoleonvill şəhərində yaşayan Evinin dediyinə görə, saçlarını 14 ildən bəri belə saxlayır və "afro" saç düzümünə əsla qayçı vurmur.

"Saçlarımın elastikliyini düzəldərək uzadanda onlar lap aşağı enir. Lakin saçlarımı düz açaraq dolaşmaq istəmirəm. "Afro" saç düzümü çox xoşuma gəldiyindən belə gəzirəm və özünü də pis hiss etmirəm. Doğrudur, uzun saçlar ciddi qulluq tələb edir, onları yumaq, təmizləmək, səliqəli saxlamaq məşəqqətdir.

Olsun. "Gözəllik qurban tələb edir" deməyiblər?! Belədə özümü çox gözəl hiss edirəm", - Evin Duqlas bildirib.

Evin onu da söyləyib ki, 62 yaşlı anası Debora Duqas da gənclik illərində, 1960-cı illərdə "afro" stilli saç düzümünə üstünlük vermişdi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Fotolar: The Daily Mail

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.