Dünya

Hava məkanları bağlandı, uçuşlar ləğv edildi: "Bir neçə saat sonra müharibə başlayır" - FOTO

14 Yanvar 2026 11:11
Baxış: 1 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir neçə saat sonra Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq".

Milli.Az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Amerika Prezidenti Tramp İranın dialoq çağırışını yarıda qoyaraq bildirdi ki, orda bir nəfər də ölsə, müdaxilə edəcəyəm:

"Və budur, Amerika prezidenti etirazçılara dəstəyin yolda olduğunu açıqladı. Bütün qonşu dövlətlər hava məkanlarını və təyyarə reyslərini bağladılar. Bütün qərb dövlətləri vətəndaşlarına sürətlə Türkiyə və Azərbaycan vasitəsilə ölkədən çıxmağa səslədi. Bəzi məlumatlara görə, rejim tərəfindən öldürülən şəxslərin sayı 12-20 min nəfərə çatıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.