Dünya

Putin Trampın çağırışına məhəl qoymadı – Rusiya yeni mərhələyə keçir

10 İyul 2025 14:45
Baxış: 1 346
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya prezidenti Vladimir Putin Ukraynanın müdafiəsinin yaxın aylarda iflasa uğrayacağını düşünür və bu səbəbdən Donald Trampın sülh çağırışlarına əhəmiyyət vermir.

Milli.Az xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrə istinadən "The New York Times" nəşri yazır.

Putin hesab edir ki, Rusiya cəbhədə üstünlüyü artırıb və Ukrayna əhəmiyyətli güzəştlərə razı olmadıqca, müharibənin dayandırılması real deyil.

Siyasi Texnologiyalar Mərkəzinin analitiki Tatyana Stanovaya bildirir ki, Kreml Ukrayna ilə bağlı hədəflərindən Trampla münasibət naminə geri çəkilmək niyyətində deyil.

Kremlin sözçüsü Dmitri Peskov isə Trampın son tənqidi açıqlamalarını sakit qarşıladıqlarını deyib. O qeyd edib ki, Moskva ABŞ-dan gələn tənqidləri diqqətlə, lakin emosiyalara qapılmadan izləyir.

Qeyd edək ki, bütün bunlara baxmayaraq, Tramp administrasiyası Ukraynaya bəzi silah tədarüklərini bərpa edib. Hazırda göndərilən hərbi yardıma 155 mm-lik artilleriya mərmiləri və dəqiq idarə olunan raketlər daxildir.

Fidan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.