Dünya

Rusiya Ukraynanı dron və raketlərlə atəşə tutdu

10 İyul 2025 09:46
Baxış: 597
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyulun 9-da Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib.

Milli.Az xəbər verir ki, Rusiya ordusu axşam saatlarından indiyə qədər Ukraynaya hücum etmək üçün 741 ədəd dron və raketdən istifadə edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat Rusiya ordusunun hücum zamanı raketlər, pilotsuz təyyarələr və pilotsuz təyyarələrin imitatorlarından istifadə etdiyini açıqlayıb.

Hücumlar zamanı əsasən paytaxt Kiyevin hədəf alındığı, nəticədə yaşayış binalarında yanğınlar olduğu bildirilir.

Şəhərin meri Yuri Kliçko Kiyevin Şevçenkivski, Podolski, Solomenski, Darnitski kimi bölgələrində dağıntıların olduğunu və yanğınların baş verdiyini açıqlayıb.

İnsan tələfatı ilə bağlı hələ ki, dəqiq məlumat verilməyib. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.