Tramp geri çəkildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq olunan yüksək gömrük rüsumları ilə bağlı açıqlama verib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Oval Ofisdə keçirilən mərasimdə jurnalistlərin "ticarət müharibəsi" ilə bağlı suallarını cavablandırıb. O deyib ki, Çinlə münasibətləri yaxşıdır və ümumilikdə, dünyanın əksər ölkələri ABŞ ilə ticarət əlaqələri qurmaq istəyir. Prezidentin sözlərinə görə tərəflər arasında danışıqlar davam edir və Çinlə münasibətlər qaydasındadır.
Bununla belə, Tramp ABŞ-nin maraqlarını qorumaqda qətiyyətli olduqlarını da bildirib. O deyib ki, Çinə qarşı tətbiq olunan 145 faizlik gömrük rüsumu tamamilə aradan qalxmayacaq, lakin azaldılacaq. Bu addım Çinlə ədalətli və qarşılıqlı anlaşmaya əsaslanan ticarət münasibətlərinin qurulması üçün atılıb.
Tramp bildirib ki, Çin ABŞ bazarından qazandığı pulla ordusunu gücləndirə bilər və bu vəziyyətə son verilməlidir.
Qeyd edək ki, Tramp aprelin əvvəlində Çinə tətbiq olunan gömrük tariflərini 125 faizə qaldırıb. Çin isə buna cavab olaraq ABŞ məhsullarına 84 faiz rüsum tətbiq edib. Ağ Ev son açıqlamasında bildirib ki, Trampın elan etdiyi 125 faizlik tarifə əvvəldən mövcud olan 20 faizlik rüsum daxil deyildi. Bu da ümumi tarifin 145 faiz olduğunu göstərib.
ABŞ tərəfi vergi siyasəti ilə təzyiq etməyə çalışdığı halda, Çin isə cavab olaraq əsas xammal üzərindən cavab verib. Bu zaman Pekinin atdığı addım - ABŞ-yə NTE ixracını dayandırması ticarət müharibəsində Çinin əlinin boş olmadığını göstərib. Nadir torpaq elementləri müasir texnologiyada, xüsusilə elektronika və müdafiə sənayesində əvəzsiz xammal sayılır. Bu addımı ilə Çin strateji üstünlüyünü ortaya qoyub.
Çin bu üsuldan əvvəl də istifadə etmişdi. 2010-cu ildə Yaponiyayla yaşadığı gərginlik fonunda Pekin yenə NTE ixracını dayandırmış və nəticədə Tokio geri addım atmışdı.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Paşinyan Türkiyəyə səfər edib
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Paşinyan Parisdə Makronla görüşdü
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə





