Dünya

Zelenski bu gün Trampla Ukraynada nizamlanma üzrə gələcək addımları müzakirə edəcək

19 Mart 2025 15:16
Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ lideri Donald Trampla telefon danışığı aparacaq, dünən Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıb.
 
Bu barədə V.Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
 
"Bu gün Prezident Trampla təmasda olacağam. Düşünürəm ki, biz onunla gələcək addımların təfərrüatlarını müzakirə edəcəyik. Hesab edirəm ki, komandalarımız arasında həqiqətən yaxşı görüş olub", - o qeyd edib.
 
V.Zelenskinin sözlərinə görə, onlar Trampla Ukraynada müharibənin nizamlanması üzrə növbəti addımların təfərrüatlarını müzakirə edəcəklər.
 
Dövlət başçısı əlavə edib ki, həmçinin Trampdan onun Putinlə söhbətinin təfərrüatlarını da eşitməyi gözləyir. /Report/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.