Türkiyənin 2-ci Dünya Müharibəsinə qoşulmasını 4 il ləngidən kiçik döyüş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kastellorizo adası Egey dənizində, Türkiyə sahillərindən təxminən 1 kilometr məsafədə yerləşən və Yunanıstanın şərq istiqamətində ən uzaqda yerləşən adasıdır. 1941-ci ildə bu ada uğrunda gedən kiçikmiqyaslı döyüş Türkiyənin İkinci Dünya Müharibəsinə qoşulmasını 4 il ləngidən hadisə olub.
Milli.Az həmin döyüşün tarixçəsi barədə məlumatı təqdim edir.
İkinci Dünya Müharibəsi illərində Kastellorizo adası İtaliyanın nəzarəti altında idi. Almaniya, İtaliya və digər müttəfiq dövlətlər bu adanı Şərqi Aralıq dənizində Fransa, Britaniya və Sovet İttifaqının fəaliyyətini məhdudlaşdırmaq üçün əsas qala kimi görürdülər. Uinston Çörçill hesab edirdi ki, Kastellorizo və Krit adalarının tutulması müttəfiqlərə limanlar və aerodromlar verəcək, eyni zamanda neytral (bəzən hətta Almaniya ilə ittifaqa meylli) ölkələrə, o cümlədən Türkiyəyə Böyük Britaniya ilə ittifaqa cəlb olunmağa maraq yaradacaq. Lakin 1941-ci ilin əvvəlində Türkiyə Prezidenti İsmət İnönü İngiltərənin Almaniyaya qarşı koalisiyasına qoşulmaq təklifini qəbul etməkdə tərəddüd edirdi. Həmin dövrlər müharibənin nəticəsi hələ də həll olunmaqdan çox uzaq idi və çox siyasətçilərin fikrincə, Avropada hər şey Hitler Almaniyasının qələbəsinə doğru gedirdi. Bu şəraitdə Türkiyə sahillərində Britaniya imperiyasının gücünü göstərmək lazım idi. Britaniya Türkiyəni öz ittifaqına cəlb etmək üçün bu dövlətin sahilləri yaxınlığında, italyanların nəzarət etdiyi Kastellorizo adasında xüsusi əməliyyat həyata keçirməyə qərar verir.
25 fevral 1941-ci ildə iki kreyser və yeddi esminets ilə əhatə olunmuş 200 ingilis komandosu və 24 dəniz piyadası, cəmi 35 gömrük işçisi tərəfindən müdafiə olunan adaya hücum etdi. Bir neçə saat ərzində ada Britaniyanın nəzarətinə keçdi, lakin italyan rabitəçi hücumla bağlı Rodos adasındakı əsas qərargaha həyəcan siqnalı göndərə bildi. İngilislər italyanların əsas qüvvələrinin hadisədən məlumatsız olduğunu düşünür və adada öz mövqelərini möhkəmləndirmirdilər. Bu, onla üçün böyük səhv idi. İtalyanlar həyəcan siqnalına dərhal reaksiya verdilər. Artıq həmin günün axşam saatlarında adaya italyanların kəşfiyyat dəstəsi yerləşdi və ingilis qarnizonu haqqında məlumatlat toplamağa başladı. Fevralın 27-də ingilis donanması adadan ayrıldıqdan sonra italyan donanması minaatan, iki top və təxminən 340 əsgər və dənizçini adaya endirdi. İtalyanlar ingilisləri tez bir zamanda Nifti burnuna sıxışdırdılar, orada səngər döyüşləri başladı. Tezliklə, ingilis hərbçilər özlərini ümidsiz vəziyyətdə gördülər və sağ qalan komandolar gecə ərzində təxliyə edildilər. Təxliyə zamanı ya digərlərindən ayrı düşmüş, ya da unudulmuş bir neçə əsgər italyanlar tərəfindən əsir götürüldü. Çörçill sonralar həmin desant əməliyyatının uğursuzluğundan məyus olduğunu etiraf etdi. Beləliklə, İtaliyanın Kastellorizo adasını yenidən zəbt etməsi, II Dünya Müharibəsi zamanı Hitler Almaniyası və müttəfiqlərinin Britaniya, Fransa və ABŞ qüvvələrini müstəqil şəkildə məğlub edə bildiyi və əvvəllər itirdikləri bir adanı geri ala bildiyi nadir hallardan biri oldu.
Bu uğursuzluq Türkiyənin müttəfiqlərə qoşulması prosesini də 4 il ləngitdi. Türkiyə yalnız 1945-ci il 23 fevralda Almaniya və müttəfiqlərinə müharibə elan etdi. /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərdoğan Qətərə getdi
-
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
-
Ukrayna hökuməti istefaya göndərilib
-
Müğənni Sevda çimərlik geyimində fit bədənini nümayiş etdirdi - (Video)
-
Sakinlər: "Məhəlləmiz zibilxana olub" - İcra Hakimiyyətindən reaksiya
-
Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
-
Cennifer Lopezin bu davranışı bəyənildi - (Video)
-
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
-
İyulun 15-də dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq
-
Azərbaycan beynəlxalq informasiya gündəliyinin formalaşmasına töhfə verir - Kamaləddin Qafarov
-
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - (Video)
-
Zeynəbin axtarışları hələ də davam edir - (Video)
-
Ağdərədə avtomobil aşdı, iki nəfər öldü
-
Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi - (Video)
-
Rusiya idmançılarına qarşı sanksiyalar ləğv edilir
-
Hüseyn Məhəmmədoğlu: "Oğlumun müğənni olmasını istəyirəm"
-
Prezident İlham Əliyev və Peter Pelleqrini bir-birinə xatirə hədiyyələri təqdim ediblər - (Video/Foto)
-
Prezidentin Şuşadan verdiyi mesajlar Azərbaycanın strateji hədəflərini müəyyənləşdirir - Sevil Mikayılova
-
Qarabağ Universitetində yüksək vəzifəyə təyinat oldu
-
Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu - (Video)
-
Heyvanların identifikasiyası nə üçün vacibdir?
-
Əməkdar artist: "Mətbəxə girmirəm, saçımı daramıram, 20 ildir bazarlığı sürücümüz edir"
-
Seneqal millisinin əsas həkimi ginekoloq imiş
-
Sevda Nəciyeva vəfat etdi





