Viskonsin ştatında yeniyetmə TikTok qadağasına görə qəzəblənib, yerli Respublikaçı konqresmenin ofisini yandırıb.
Milli.Az nypost.com-a istinadla xəbər verir ki, polisin bildirdiyinə görə, deputat Glenn Grothmanın istifadə etdiyi "Fond du Lac" ofisi gecə saat 1-dən sonra yandırılıb, səlahiyyətlilər yaxınlıqda yanğını törətdiyini etiraf edən 19 yaşlı gənci tapıblar.
Yeniyetmə polislərə TikTok qadağası ilə bağlı hadisəni törətdiyini açıqlayıb.
O, yandırma ittihamı ilə həbsxanasında saxlanılır.
Fidan
Milli.Az