TikTok-un bağlanmasına əsəbiləşib görün nə etdi - FOTO

21 Yanvar 2025 13:40

Viskonsin ştatında yeniyetmə TikTok qadağasına görə qəzəblənib, yerli Respublikaçı konqresmenin ofisini yandırıb.

Milli.Az nypost.com-a istinadla xəbər verir ki, polisin bildirdiyinə görə, deputat Glenn Grothmanın istifadə etdiyi "Fond du Lac" ofisi gecə saat 1-dən sonra yandırılıb, səlahiyyətlilər yaxınlıqda yanğını törətdiyini etiraf edən 19 yaşlı gənci tapıblar.

Yeniyetmə polislərə TikTok qadağası ilə bağlı hadisəni törətdiyini açıqlayıb.

O, yandırma ittihamı ilə həbsxanasında saxlanılır.

Fidan
Milli.Az