Dünya

ABŞ sakinləri ölkədən qaçırlar

3 Noyabr 2024 13:30
Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ vətəndaşları yaxınlaşan prezident seçkisi ilə əlaqədar xaricə köçmək üçün daha çox mütəxəssislərə müraciət edirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, iyun ayında Respublikaçılar Partiyasından ən yüksək hökumət postuna namizəd Donald Tramp və sonradan prezidentlik yarışından çəkilən ABŞ Prezidenti Co Bayden arasında debatdan sonra mühacirət məsələləri üzrə ixtisaslaşmış şirkətlərin müştərilərinin sayında artım müşahidə olunub.

Bildirilir ki, tələbat getdikcə artır.

Oktyabr ayında mühacirət etməkdə maraqlı olan 7 000 amerikalı arasında keçirilən sorğuya əsasən, köçün əsas səbəblərindən biri ABŞ-dəki siyasi parçalanmadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.