Dünya

Zelenski Trampla görüşməkdə israrlıdır: Bunu üçün...

27 Sentyabr 2024 15:16
Baxış: 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də qalma müddətini uzadıb.

Buna səbəb Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Trampla görüşmək istəyi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, Zelenskinin ABŞ-ni tərk edəcəyi gözlənilirdi, lakin Trampla görüş üçün ölkədə qalma müddətini daha bir gün uzatmağa hazır olub.

Qeyd edək ki, daha əvvəl Tramp Zelenski ilə sentyabrın 27-də Nyu-Yorkda görüşmək niyyətində olduğunu bildirmişdi.

Tramp "Truth Social" səhifəsində Zelenskinin görüş təklif etdiyi məktubu dərc edib.

"Mən sizin fikirlərinizi birbaşa və öz dilinizdən eşitmək istəyirəm", - deyə Ukrayna lideri məktubda yazıb.

Zelenski, həmçinin mesajında ​​Trampı əmin edib ki, onunla bağlı hər şey haqqında həmişə hörmətlə danışır.

"Hesab edirəm ki, biz şəxsi əlaqə yaratmalı və bir-birimizi 100% başa düşməliyik", - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, daha əvvəl ABŞ KİV-də dərc olunan xəbərlərdə Ukrayna rəsmilərinin ölkə prezidentinin respublikaçı ilə görüşməyi planlaşdırdığı barədə açıqlamalarına baxmayaraq, Tramp və Zelenski arasında görüşün əvvəldən təyin olunmadığı və buna görə də baş tutmayacağı bildirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.