Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa Silahlı qüvvələri 19 sentyabrda yenidən Yeni Kaledoniyada dinc nümayişçilərə qarşı odlu silahlardan istifadə edib. İki mülki şəxs güllələnib ki, onlardan biri ölüb, digəri ağır yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, eyni zamanda Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb.
Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib. Dinc etirazçılara qarşı təhlükəsizlik qüvvələri aşırı güc tətbiq ediblər. Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) bəyanat yayıb.
"Kanak xalqı üçün bu cümə axşamı matəm elan edilib: Belə ki Pyer Deklerkin üstü açılmamış qətlindən 43 il sonra və Viktor əməliyyatından 36 il sonra tarix təkrarlanır.
FLNKS (Kanak Sosialist Milli Azadlıq Cəbhəsi) bu səhər Mont Dore kommunası olan Sent-Lui qəbiləsinə aid ərazidə iki gənc kanakın hüquq-mühafizə orqanları tərəfindən güllələnməsi ilə əlaqədar olaraq baş vermiş faciəli hadisəyə görə dərin qəzəb və kədərini bildirir.
FLNKS sözügedən gənclərdən birini öldürməyə çəkinməyən hüquq-mühafizə orqanlarının istifadə etdiyi barbar və alçaldıcı üsulları pisləyir. Bu ölümlərin sayı 2024-cü ilin may ayından bəri getdikcə artır. Artıq ikisi jandarm olmaqla 13 nəfər həyatını itirib.
Biz ölkəmizin cənubunda, xüsusən də militarizasiya və təzyiqin olduğu Sent-Luis qəsəbəsində hərbi müdaxilələrin dərhal dayandırılmasını tələb edirik.
FLNKS-in 30 Avqust - 1 Sentyabr 2024-cü il tarixlərində baş tutmuş son qurultayından sonra Kumak Paqu Kommunasında vəziyyətin yumşalmasının şahidi olduq. Belə ki, bütün ərazi üzrə blokadalar tədricən qaldırıldı. Yalnız Sent Luisdə vəziyyət qeyri-stabil olaraq qalırdı.
Məhz bu məqsədlə Cəbhə FLNKS, CCAT (Ərazilərin Kooridinasiyası Şəbəkəsi) və Sent-Luis əhalisi arasında Konqresinin qərarlarını çatdırmaq üçün sentyabrın 8-də görüş təşkil etdi. Sonrakı günlərdə böhranın qan tökülmədən həll edilməsi məqsədilə qəsəbədə başçılarla Ali Komissiya arasında digər görüşlər də təşkil edildi.
Lakin dövlət (Fransa) Ali Komissarlıq və Prokuror olan yerli nümayəndələri vasitəsilə (biz onların repatriasiyasını dəfələrlə tələb etmişik), ekstremist sağçıların təsirilə ancaq kanakları öldürməyə qərar veriblər.
FLNKS bütün əhalini ağrılara və təxribatlara baxmayaraq, zorakılığa təslim olmamağa çağırır. Bu gün həmişəkindən daha çox sülh və ədalət üçün, ölkəmizin sabitliyinin qorunması naminə fəaliyyətlərimizə davam etməliyik.
Yeni Kaledoniyadakı vəziyyətin ciddiliyini nəzərə alınması üçün biz Fransaya və beynəlxalq ictimaiyyətə müraciət edirik. Biz əməliyyatların şəffaflığına zəmanət vermək və dialoqun bərpasına kömək etmək üçün bir daha beynəlxalq müşahidəçilərin göndərilməsini xahiş edirik. Numea sazişində götürülmüş öhdəliklərə uyğun olaraq Kanak xalqının tam suverenlik üçün istəklərinə cavab vermək üçün ölkəmizin institusional və siyasi gələcəyi ilə bağlı danışıqları yenidən başlamaq vacibliyini ifadə edirik.
Nəhayət, FLNKS Sent-Luis qəsəbəsinə, onun əhalisinə, aidiyyəti ailələrə öz dəstəyini verir, gəncləri öz həyatlarını qorumağa və ümumilikdə əhalini tam məsuliyyətlə səfərbər olmağa çağırırıq", - deyə bəyanatda bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
XƏBƏR LENTİ
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı





