Dünya

Bu, Ukrayna müharibəsinin sonunu yaxınlaşdırmır - Düjarrik

13 Sentyabr 2024 23:15
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ərazisinin dərinliklərində Qərb silahları ilə zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı ritorika dünyanı Ukraynadakı münaqişənin sona çatmasına yaxınlaşdırmır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Eşitdiyimiz ritorika, gördüklərimiz bir daha sübut edir ki, biz bu münaqişəni istədiyimiz kimi beynəlxalq hüquq və nizamnamə çərçivəsində sona çatdırmaq yolunda getmirik. Şübhəsiz, hesab edirəm ki, Ukrayna baş katibin müxtəlif ikitərəfli görüşlərinin gündəliyinin əsas bəndlərindən biri olacaq", - Düjarrik qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.