Dünya

Ukraynalı deputat: “Ağ hərbi bilet” almaq üçün 37 min dollar ödəyirlər

7 Sentyabr 2024 13:18
Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada səfərbərlikdən yayınmaq üçün 37 min dollara "Ağ hərbi biletlər" (sağlamlığınıza görə sizi hərbi xidmətdən azad edən hərbi biletlər - Qeyd) alınır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Yurçenko səsləndirib.

"Daim eşidirik ki, bir hərbi komissar İspaniyada ev alıb, digər hərbi komissar rüşvətə görə saxlanılıb. İndi "Ağ hərbi bilet" almaq üçün 37 min dollar ödəyirlər ", - deyə o bildirib.

Ukraynanın "Strana" nəşri xalq deputatının sözlərini şərh edərək xatırladıb ki, səfərbərlik qanunvericiliyi sərtləşdirilənə qədər həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinin dəyəri 5-10 min dollar təşkil edirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.