Ukraynanı bürüyən etiraz dalğası - Nə baş verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukraynanı istefa dalğası bürüyüb. Bu gün çox sayda nazir Ali Radaya istefa ərizəsi təqdim ediblər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Ukrayinska Pravda" nəşri öz mənbələrinə istinadən yazır ki, Dmitri Kuleba Ukraynanın xarici işlər naziri vəzifəsindən azad edilə bilər. Onun yerinə müavini Andrey Sibiqanın namizədliyinə baxılır.
İlkin məlumatlara görə, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər.
Həmçinin Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk və baş nazirin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinanın da istefa verdiyi bildirilib.
Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.
Bundan başqa bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna prezidentinin ofisində də dəyişikliklər olacağını deyib.
"Payız ölkə üçün son dərəcə əhəmiyyətli olacaq, ona görə də hökumətdə bəzi sahələri gücləndirmək lazımdır", - o çıxışında bildirib.
Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilib.
Ruslan Strelets 14 aprel 2022-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsini daşıyır.
Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunub. O, həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tutur.
İrina Vereşçuk da postuna 4 noyabr 2021 ildə təyin olunub. O, bu vəzifədə Oleksii Reznikovu əvəzləyib. Olqa Stefanişina da 4 iyun 2020-ci ildə indiki potuna gətirilib.
Vitali Koval 2023-cü il noyabrın 21-dən Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindədir. Dimitri Kuleba isə 4 mart 2020-ci ildən ölkənin XİN rəhbəri vəzifəsini icra edir.
Xatırladaq ki, Ukrayna Ali Radasında prezidentyönlü "Xalqın qulluqçusu" partiyasının lideri David Araxamia ölkənin Nazirlər Kabinetinin 50%-dən çoxunda dəyişiklik ediləcəyini açıqlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
XƏBƏR LENTİ
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)





