Dünya

Modi istefa verəcək?

12 May 2024 11:25
Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hindistanın baş naziri Narendra Modi 2025-ci ildə 75 yaşı tamam olduqdan sonra istefa verməyəcək".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu respublikanın cənubunda yerləşən Heydərabadda keçirdiyi mətbuat konfransında ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Amit Şah deyib.

"Modini əvəz etməyə ehtiyacımız yoxdur. Onun dəyişdirilməyəcəyi artıq qərara alınıb", - nazir əlavə edib.

Şahın sözlərinə görə, ölkə konstitusiyasında heç bir yaş məhdudiyyəti qeyd olunmur.

Qeyd edək ki, Hindistanda parlament seçkilsi aprelin 19-da başlayıb və iyunun əvvəlinə qədər bir neçə mərhələdə keçiriləcək. Favoritlər arasında ardıcıl üçüncü dəfə baş nazir olmaq istəyən hazırkı hökumət başçısı Modinin rəhbərlik etdiyi hakim Hindistan Xalq Partiyası da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.