Dünya

İspaniya “Qızıl viza”nı ləğv edir

8 Aprel 2024 19:28
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İspaniyada daşınmaz əmlaka böyük sərmayə qoyan əcnəbilərə yaşamaq hüququ verən "Qızıl viza" proqramı ləğv ediləcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, proqram İspan daşınmaz əmlakına ən azı 500.000 avro (541.250 ABŞ dolları) sərmayə qoyan qeyri-Aİ vətəndaşlarına üç il ərzində ölkədə yaşamaq və işləmək üçün xüsusi icazə verir.

İspaniyada Qızıl Vizadan faydalananların 96 faizi bunu daşınmaz əmlak alaraq həyata keçirib. Bundan daha çox Çin, ABŞ, Rusiya və İran vətəndaşları faydalanıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

  


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.