Dünya

Yalnız bu yolla öhdəsindən gələ bilərik - Ərdoğan

13 Mart 2024 00:39
Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb ölkələri müstəmləkəçilik, kütləvi ölümlər, oğurluq və ədalətsizlik siyasətini əsaslandırmaq işində çox bacarıqlıdırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Qərb dünyada siyasi, iqtisadi, hərbi və texnoloji dominantlığın əsasını formalaşdırmaq məqsədilə başqa ölkələrin dünyagörüşünün dəyişilməsinə nail olub:

"Qərbin məqsədi aydındır: öz təhlükəsizliyini və rifahını təmin etmək. Məhz buna görə dünyanın qalan hissəsi münaqişə, yoxsulluq və xaos uçurumuna sürüklənir".

Türkiyənin dövlət başçısı əlavə edib ki, Qərbdən gələn mənfi tendensiyalara müqavimət göstərməyin yeganə yolu öz mədəniyyətinə və dəyərlərinə sadiq qalmaqdır:

"Yalnız bu yolla bizə qurulmuş tələlərin öhdəsindən gələ bilərik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.