Dünya

ABŞ institutu: Paşinyan zəif siyasətçidir

6 Mart 2024 09:52
Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyini təhdid altına salır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Qeyd olunub ki, N.Paşinyan zəif siyasətçidir.

Hesabatda yazılıb ki, Kremlə bağlı mənbələr də bu barədə tənqidi fikirlərini davam etdirirlər.

Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.