Dünya

Bacısı imtahandan keçsin deyə polis oldu

1 Mart 2024 19:28
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda bir kişi bacısına imtahanda fırıldaq etməyə kömək etmək üçün özünü polis məmuru kimi göstərib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 24 yaşlı gənc bacısının oxuduğu məktəbə polis geyimində gəlib. O, müşahidə bəhanəsi ilə imtahan sinfinə girməyi və fırıldaqçı vərəqlərlə məlumatı tələbəyə çatdırmağı planlaşdırsa da, işlər plana uyğun getməyib.

Məktəbdə o, əsl polislərlə qarşılaşıb. Onları görən "həmkarları" ilə salamlaşmağa çalışsa da, onun yöndəmsiz jestləri dərhal şübhə doğurub. Bundan əlavə, məmurlar həmin şəxsin formasının pis göründüyünü görüb, onu saxlayıb, axtarış aparıb və ciblərindən fırıldaq vərəqləri aşkar ediblər.

Nəticədə o, özünü dövlət qulluqçusu kimi təqdim etməkdə ittiham edilərək, həbs olunub. Bacısının imtahandan keçib-keçməməsi ilə bağlı heç bir məlumat yoxdur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.