Dünya

Qocalar evində TOY: gənclər kimi əyləndilər

16 Fevral 2024 22:29
Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Başqırdıstanda iki təqaüdçü şəriət qanunlarına əsasən evlənib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədbir yaşlılar və əlillər üçün Starobaişski pansionatında baş tutub.

Yeni evlənənlər 70 yaşlı Xələf Xabilyarov və 88 yaşlı Zuqra Tağırova olub.

Zuqra Tağırova Ukraynada yaşayıb. Müharibə başlayan zaman o, hər şeyi itirib. Yaşlı qadın bir neçə gün meşədə qalıb. Rusiya əsgərləri taqətdən düşmüş Zuqranı tapıb və onun xahişi ilə doğulub boya-başa çatdığı Başqırdıstana göndəriblər.

Başqırdıstana qayıtdıqdan sonra qadın pansionata gəlib və orada Xələf Xabilyarov onu görüb. Xabilyarov tezliklə yaşlı qadına evlilik təklif edib və onlar evləniblər.

Qocalar evinin direktorunun sözlərinə görə, cütlüyə ayrıca otaq verilib. O əlavə edib ki, cütlük toy şənliyində "sanki 20 yaşları varmış kimi" əyləniblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.