Dünya

ÜST qızılca ilə bağlı xəbərdarlıq etdi

1 Fevral 2024 19:06
Baxış: 923
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ümumdünya Səhiyyə Təşkilatı Avropada qızılcaya yoluxma hallarının 45 dəfə artdığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlamada xaricdən qayıdan səyahətçilərdə yoluxma hallarının qeydə alındığı bildirib.

Bundan əlavə, məlumatda ABŞ və Böyük Britaniya kimi ölkələrdə qızılcanın daha sürətlə yayılması qeyd olunub.

Bildirilib ki, uşaqların sağlamlığına sarsıdıcı təsir göstərən qızılca bəzi hallarda ölümcül nəticələrə gətirib çıxarır və uşaqların immun sistemlərinin zəifləməsinə səbəb olur, onları bir çox yoluxucu xəstəliklərə, o cümlədən pnevmoniyaya qarşı daha həssas edir.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.