Dünya

14 gün xəstəxanada qalan Middltondan xəbər var

31 Yanvar 2024 06:53
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Uilyamın həyat yoldaşı şahzadə Keyt Middlton xəstəxanadan evə buraxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qəfil halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Midlton qarın nahiyəsindən əməliyyat olunub. O, 14 gün tibb müəssisəsində qaldıqdan sonra evə buraxılıb.

Midltonun bundan sonrakı müalicəsi evdə aparılacaq. Bildirilib ki, şahzadə Pasxa bayramına qədər rəsmi tədbirlərdə iştirak etməyəcək.

Qeyd edək ki, Middlton yanvarın 16-da London klinikalarından birinə yerləşdirilmişdi.

Yanvarın 17-də Bukinqem Sarayı Kral III Çarlzın prostat vəzi problemi ilə xəstəxanaya yerləşdirildiyini və onunla bağlı ictimai tədbirlərin təxirə salındığını açıqlamışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.