Dünya

İki yeniyetmə güllələnərək öldürüldü

27 Yanvar 2024 09:33
Baxış: 904
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş verən atışmada azı iki nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinə istinadən NBC televiziyası məlumat yayıb.

Belə ki, məktəbdən çıxan 16 və 17 yaşlı iki yeniyetmə avtomobillərdən düşən naməlum şəxslər tərəfindən güllələnib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Polis hələ ki, hər hansı şübhəlinin saxlanılması və ya cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi barədə açıqlama verməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.