Dünya

NASA paylaşdı: "Axiom-3" komandası kosmosda hansı təcrübələri aparır?

24 Yanvar 2024 08:10
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aralarında ilk türk astronavtı Alper Gezeravcının da olduğu "Axiom-3" (Ax-3) komandası stansiyada təcrübələrə başlayıb. NASA bu günə qədər Beynəlxalq Kosmik Stansiyada apardığı təcrübələri paylaşıb.

Milli.Az publika.az xəbər verir ki, bu gün dünyanın hər yerindən 11 nəfər astronavt və kosmonavt Beynəlxalq Kosmik Stansiyada birlikdə yaşayır və işləyir. Aralarında Alper Gezeravcı da daxil olmaqla dörd Ax-3 astronavtı, iki həftəlik ikitərəfli əməliyyatlara və təcrübələrə başlayıb.

NASA Axiom-3 komandasının indiyə qədər apardığı təcrübələri Beynəlxalq Kosmik Stansiyanın sosial media hesabında paylaşıb. Türk astronavt Alper Gezeravcı kosmik gəmilərin həyati dəstək sistemlərinin saxlanması və Yer kürəsində məhsul məhsuldarlığının artırılması yollarını axtaran kosmik botanika təcrübəsi üzərində çalışıb.

Ax-3 komandiri Michael López-Alegría Pilot Valter Villadei ilə birlikdə Yerdə və kosmosda sağlamlığı yaxşılaşdırmaq üçün mikroqravitasiyanın Alzheimer kimi neyrodegenerativ xəstəliklərin biokimyasına necə təsir etdiyini araşdırıblar. Xərçəng xəstəliklərin qarşısının alınması və proqnozlaşdırılması məqsədi daşıyan tədqiqat üçün nümunələr flüoresan mikroskopa yerləşdirilib.

Astronavt Marcus Wandt ionlaşmış qaz, neytral qaz və mikron ölçülü hissəciklərdən ibarət aşağı temperaturlu qaz qarışıqlarını müşahidə edərək plazma fizikasını araşdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.