Dünya

Fransada yaşayan azərbaycanlılar Evian şəhərində etiraz aksiyası keçirib - YENİLƏNİB - FOTO

13 Yanvar 2024 17:19
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onlar "Natəvanın mədəni irsini qoruyaq!", "Azərbaycan bağının adının bərpasını tələb edirik!", "Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!", "Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!", "Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bon şəhərinə hədiyyəsi olaraq "Azərbaycan bağı"nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.

-------

16:35

Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evyan le Ba (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin qarşısına toplaşıb.

Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi toplantının məqsədi bu heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir.

Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediyasının diqqətinə çatdırır.

Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir.

Etiraz aksiyasina Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar.

Əraziyə təhkükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.