Dünya

Gürcüstanın yalnız bir düşməni var: qonşusu - Zurabişvili

10 Yanvar 2024 00:25
Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın yalnız bir düşməni var - Rusiya.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili "Azadlıq" radiosunun gürcü xidmətinə müsahibəsində deyib.

"Bəlkə kimsə bunu başa düşmür, ya kimsə anlamaq istəmir, ya da başa düşməmək kiminsə xeyrinədir. Amma Rusiyanın düşmən olması faktdır. Rusiya bunu gizlətmir və bu fakt hər şeydə görünür", - Zurabişvili əlavə edib.

O bildirib ki, bu gün Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq niyyəti və ya istəyi olduğuna dair heç bir əlamət yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.