Dünya

Türkiyə Rusiyaya bu məhsulun ilk partiyasını tədarük etdi

3 Yanvar 2024 21:30
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Türkiyədən 316,8 min ədəd yumurta idxal edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Bildirilib ki, Türkiyədən yumurtanın ilk partiyası Rusiyaya idxal edilib.

Qeyd edək ki, Rusiyada toyuq yumurtası ilə bağlı problem yaşanır. Ölkədə ötən ilin sonundan yumurtanın qiyməti kəskin bahalaşıb. Belə ki, ərzaq mağazalarında yumurtanın 10 ədədinin qiyməti 120 rubldan yuxarı qiymətə satılır. Rusiya hökuməti problemi həll etmək üçün Türkiyə və Azərbaycandan yumurta idxal etməyə qərar verib. Artıq Azərbaycandan üç partiya yumurta idxal edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.