Dünya

"Pərdəarxası diplomatiya": Kreml Ukraynaya görə Qərbə siqnallar göndərir

23 Dekabr 2023 22:47
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya vasitəçilər vasitəsilə Qərbə Ukraynadakı vəziyyətlə bağlı danışıqlara, o cümlədən atəşkəslə bağlı danışıqlara hazır olması barədə siqnallar çatdırmağa çalışır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri Kremlə yaxın olan iki keçmiş məmura istinadən yazır.

Nəşrin məlumatına görə, Moskva hərbi əməliyyatları dondurmağa hazırdır, lakin eyni zamanda indiki mövqelərində qalır.

Keçmiş yüksək rütbəli rus məmurunun sözlərinə görə, Rusiya "bir metr geri çəkilmək" niyyətində deyil.

Qəzetin mənbəsi bildirir ki, bu cür siqnallar ən azı sentyabr ayından "pərdəarxası diplomatiya" çərçivəsində göndərilir. Eyni zamanda, Ukraynanın belə bir sövdələşməni qəbul edə bilməyəcəyi ilə bağlı qorxular var və Moskvanın münaqişənin bu yolla həlli ideyası yalnız "Kreml tərəfindən çaşdırmaq cəhdi" ola bilər.

Dekabrın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna üzrə sülh danışıqlarının aparılması üçün ilkin şərtləri görmür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.