Dünyada ilk dəfə üz və göz transplantasiyası əməliyyatı keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir insanın sağlamlığının bərpa edilməsi bütün elm və tibb dünyası üçün inanılmaz dərəcədə vacib bir mərhələ hesab olunur.
Milli.Az sfera.az-a istinadən bildirir ki, dünyada ilk dəfə eyni vaxtda tam göz və qismən üz transplantasiyası həyata keçirilib. Xəstəxananın (NYU Langone) veb-saytının məlumatına görə, cərrahiyyə əməliyyatı elektrik qəzası nəticəsində sol gözünü, üzünün bir hissəsini və sol qolunu itirməklə, ciddi xəsarətlər alan 46 yaşlı elektrikçi Aaron James üzərində aparılıb.
Aaronun hazırda transplantasiya edilmiş gözü görməsə də, gələcək üçün ümidverici əlamətlər var
Əməliyyatın uğurlu olması gələcəkdə belə mürəkkəb transplantasiyaların daha tez-tez həyata keçirilməsinə imkan verəcək.
Aaron 2021-ci ilin iyun ayında həyatını dəyişdirən bu hadisə ilə qarşılaşıb. O, 7200 voltluq elektrik zərbəsindən möcüzəvi şəkildə sağ çıxsa da, ciddi fiziki xəsarətlər alıb.
Transplantasiyaya hazırlıq 2023-cü ilin fevralında başlayıb. Üç ay ərzində uyğun donor tapılıb. 140-dan çox tibb mütəxəssisinin iştirak etdiyi mürəkkəb əməliyyat təxminən 21 saat davam edib.
Transplantasiyada 3D cərrahi planlaşdırma və xüsusi lazer kəsmə texnologiyasından istifadə edilmişdir.
Aaronun hazırda transplantasiya olunmuş gözündə görə qabilliyyəti olmasa da, sağalma əlamətləri var. Həkimlər qrupu onun görmə qabiliyyətinin bərpa olunacağını bildirir. Ailəsi ilə birlikdə Arkanzasda yaşayan Aaron isə həyatını xilas edən bu əməliyyata görə donorlara və tibbi heyətə dərin minnətdarlığını bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Çağla Boz barəsində qərar verildi
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
XƏBƏR LENTİ
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım





