Dünya

Məşhur muzeydə bomba həyəcanı - YENİLƏNİB - VİDEO

14 Oktyabr 2023 22:52
Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hüquq-mühafizə orqanları anonim təhdidlərdən sonra minlərlə ziyarətçinin evakuasiya edildiyi Luvrda heç bir partlayıcı tapmayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.

"Heç bir bomba, mümkün hücum əlaməti yox idi", - deyə o bildirib.

Nazir xatırladıb ki, son vaxtlar polisə kifayət qədər çoxlu anonim telefon zəngləri, eləcə də hədə-qorxular gəlir. Hər dəfə də təhdidlərin yalan olduğu üzə çıxır.

--------

18:27

Fransanın ən böyük muzeylərindən biri olan Luvr bu gün bomba təhlükəsi xəbərindən sonra ziyarətçilər üçün bağlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə polisdəki mənbədən bildirilib.

Məlumata görə, muzeyə gələnlər təcili təxliyə ediliblər, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.

Muzeyin Mətbuat Xidmətindən bildirilib ki, işin dayandırılması muzeyi və onun ziyarətçilərini təhdid edən təhlükə barədə yazılı xəbərdarlığın alınması ilə əlaqədardır.

"Luvr ölkədəki mövcud vəziyyəti nəzərə alaraq muzeyin binasını boşaltmaq və lazımi yoxlamaların aparılması üçün bütün gün ərzində bağlanmaq qərarına gəlib", - deyə məlumatda bildirilib.

Hazırda Fransada maksimum terror təhlükəsi səviyyəsi tətbiq edilib. Buna səbəb ölkənin şimalında yerləşən Arras kommunasında məktəb müəlliminin öldürülməsi və İsraildəki böhran fonunda təhlükənin artması olub. Ölkədə tətbiq edilən "Terror aktı təhlükəsi" səviyyəsi hazırkı "Vigipirate" antiterror planında nəzərdə tutulan üç səviyyədən maksimumudur. Tədbir olaraq respublikanın şəhərlərinin küçələrində asayişi qorumaq üçün yeddi min (həmişəkindən iki dəfə çox) hərbçi yerləşdiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.