Dünya

“Yəhudilərin dostu” Putinin İsrailə münasibəti...

12 Oktyabr 2023 18:37
Baxış: 1 180
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

HƏMAS-ın İsrailə hücumundan 4 gün keçməsinə baxmayaraq, Rusiya Prezidenti hələ də İsrailin Baş nazirinə zəng etməyib, Kreml də bu ölkəyə başsağlığı verməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Quardian" məlumat yayıb.

"Netanyahu uzun müddət özünü Putinin dostu kimi göstərib. İsrailin Baş naziri Rusiya Prezidentini intellektinə və yəhudi xalqına xüsusilə dost münasibətinə görə tərifləyib. Putin də özünü İsrail dövlətinin sadiq müttəfiqi kimi təqdim edib. Kremlin incə siyasəti sayəsində İsrail Rusiyaya qarşı sanksiyalarda iştirak etməyib.

Amma Moskvanın Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlı mövqeyi iki ölkə arasında münasibətlərdə "böyük parçalanma"dan xəbər verir. Putin İsrailə hücumu pisləməyib", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.