Dünya

Daşqınlar onlarla insanın həyatına son qoydu

12 Oktyabr 2023 08:54
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyada güclü yağışların səbəb olduğu daşqınlar 33 nəfərin həyatına son qoyub.

Milli.Az report-a istinadən xəbər verir ki, Adamava ştatında davam edən leysanın səbəb olduğu daşqınlar nəticəsində 30-dan çox insan ölüb.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin Adamava üzrə baş katibi Məhəmməd Amin Süleyman hazırda ştatda yağan güclü yağışların daşqınlara səbəb olduğunu bildirib.

Süleyman qeyd edib ki, daşqınlar nəticəsində 33 nəfər ölüb, xeyli sayda sakin itkin düşüb.

Sel nəticəsində 1 600 ev su altında qalıb. Regionda qurulan 11 yardım düşərgəsinə 9 960 sakin sığınıb.

Süleyman qeyd edib ki, əyalət hökuməti tezliklə daşqın qurbanlarına yardım ləvazimatları paylamağa başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.